Son Xəbər: Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb,

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

Tarix: 13-11-2020, 14:42

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr - 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib. 
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə18-28 yaş arası gənclərin də qoşulması mümkündür. İştirakçılar bir nominasiya üzrə iştirak edə,  təqdim edilən işləri Azərbaycan, rus və ingilis dilllərində hazırlaya bilərlər. İşlər hazırlanarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır: 
- Essenin başlığı olmalıdır. Bir A4 səhifəsindən çox olmamalıdır, çap formasında göndərilməlidir.
 - Şeirlərin başlığı olmalıdır və 40 misradan çox olmamalıdır. Şeirlər çap formasında göndərilməlidir.
- Mahnı 4 dəqiqədən çox olmamalıdır. Mahnılar melodiyaya, bəstəyə, özünəməxsusluğa və sözlərə (lazım olduqda) əsasən qiymətləndiriləcək. Yazının keyfiyyəti nəzərə alınmır. Mahnının sözləri çap şəklində göndərilməlidir.
- Nitq nominasiyası üzrə 3 dəqiqədən çox olmayan çıxışlar, video və ya audio formatda göndərilməlidir. Çıxışın mətni çap şəklində göndərilməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edərək, hazırladıqları işlə birgə shushacompetition@gmail.com ünvanına göndərməlidir. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 902-38-56 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər.
Müsabiqənin qalibləri növbəti ilin yanvar ayında elan olunaraq diplom və  dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. 
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, xalqımızda hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarətdir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR