Son Xəbər: ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim, “İrəvandan aydın reaksiya gözləyirik”, Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var, Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq, Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV, Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam,

Paşinyan xaos içində diktatura qurur, Qərb isə kor obrazındadır - ŞƏRH

Paşinyan xaos içində diktatura qurur, Qərb isə kor obrazındadır - ŞƏRH

Tarix: 13-11-2020, 18:30


Müharibədə məğlub olan Ermənistanın baş naziri Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da itirib. Ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir. 
Qərb dairələri 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb. Ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib. Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan haqları təşkilatı qalmayacaqdı, Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsinə və sıradan çıxarılması qəribə bir susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: niyə? Bu ikili standartlar nə səbəbdən baş verir və bu ədalətsizlik, selektiv münasibət nə vaxta kimi davam edəcək?!
Məsələni Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu.Az-a şərh edib.
Onun sözlərinə görə, Ermənistanda heç bir zaman demokratiya olmayıb:
“Ermənistan prezidentləri heç bir zaman demokrtiya bağlı olmayıblar. Levon Ter-Petrosyan Azərbaycan torpaqlarını işğal etdi, Robert Koçaryan parlamentini güllələtdirdi, Serj Sarqsyan Xocalı faciyəsinin törədilməsində iştirak etməsini etiraf etdi və bundan fəxarət duydu. Paşınyan isə küçə təzyiqi nəticəsində hakimiyyətə gəldi və Qarabağ münaqişənin həllində danışıqlardan çıxdı.
Bu gün Ermənistan rəhbərliyində olanlarından kiminsə demokratiyasindan danışmağa dəyməz. Bu gün özün demokratiya kimi təqdim edənlər sabah hakimiyyətə gəlsələr yenə də avtoritar, diktotarlıq olacaq. Ermənistanı bürüyən milli ideolagiyanın kökündə qeyri-demokratiyalıq var.
Bir ideologiya ki, başqa xalqların torpağına idda edən, erməni xalqını başqa xalqlardan üstün olduğunu iddia edən Paşınyan komandasının zorakılığı, davranışı heç də təsadüfü deyil”.
Millət vəkili bildirib ki, Ermənistanda prezidentlər hakimiyyətdə qalmaq üçün istənilən vasitələrə əl atmağa hazırdırlar:
“Paşinyan polis dəyənəyindən istifadə edərək, insanları həbsxanalara atıb, zorla hakimiyyətdə qalır.  Onu demokratiya və vətəndaşların problemləri maraqlandırmır. Bu, belə də davam edəcək. Məcburiyyət qarşısında sazişə imzan atan adam, sabah fürsət tapan kimi yenidən Azərbaycana qarşı aqressiya atmağa can atacaq”.
Heç kim unutmayıb ki, Paşinyanın hakimiyyətinin hələ 7-ci ayında “demokratik ölkə”də  siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etdi. Qərb dairələri Paşinyan iqtidarının bu cinayətinə də göz yumdu. Hakimiyyətdə olduğu cəmi iki il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müalifət partiyasının sədri, deputat Sarukyanı bu gün də həbsdə saxlayan Paşinyanın bu davranışı yenə Qərb dairələrini “narahat etmədi”.
A.Mirzəzadə bildirib ki, hər zaman müəyyən qüvvələr öz istəyini zorla kiməsə qəbul etdirmək istəyirlər:
“Azərbaycanı problemlər içində görmək, onlardan aslı olmasını istəyən qüvvələr var idi. Bu gün isə bəzi qərb ölkələri Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə müəyyən irad bildirirlər. Bütün bunlar Azərbaycan xalqını qorxuda bilməz. Biz torpaqlarımızı işğaldan azad etmişik və hüququmuzu təsdiqlətmişik. Bu, belə də olacaq”.
Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır, onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər, Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər.
Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.
Bu cəzasızlıq daha böyük cinayətlərə yol açıb və Paşinyan cinayətləri sırasına hərbi cinayətləri də əlavə edib - Azərbaycana qarşı müharibəyə başlayıb. Müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıb – beynəlxalq jurnalist təşkilatları yenə susublar.
Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Ötən gün Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. 
Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər.
Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur. Bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR