Son Xəbər: Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ, Şimali Makedoniyada prezident seçkiləri keçirilir, Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar, İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?,

İsrailin agentləri Tehranda terrorçunu məhv etdi

İsrailin agentləri Tehranda terrorçunu məhv etdi

Tarix: 14-11-2020, 12:05

ABŞ-ın Tanzaniya və Keniyadakı səfirliklərinə hücumun iştirakçılarından biri olan Əl Qaidə terror təşkilatının liderlərindən biri Abdulla Əhməd Abdulla İsrailin Tehrandakı agentləri tərəfindən məhv edilib.

Mediabiz.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, Abdulla 3 ay əvvəl məhv edilib. Onun avqustun yeddisində Tanzaniya və Keniya səfirliklərinə hücumun ildönümündə Tehranın küçələrindən birində motosikletdə olan iki nəfər tərəfindən öldürüldüyü bildirilib. Abdulla ilə bərabər qızı Məryəm də öldürülüb.

Qəzet İsrail xüsusi xidmət orqanlarının hücumu ABŞ-ın təşəbbüsü ilə gerçəkləşdirdiyini bildirib. Abdullanın öldürülməsindən sonra isə İran KİV-i Tehranda livanlı tarixçi Həbib Daudun öldürüldüyü haqqında məlumat yayıb. “Nyu York Tayms” əslində belə adamın heç vaxt mövcud olmadığını və öldürülən şəxsin Həbib Daud adıyla gizləndiyini açıqlayıb.

Belə ki, Abdullah Əhməd Abdullanın 2003-cü ildən İranda həbsxanada olduğu, amma 2015-ci ildən Tehran ətrafında sərbəst həyat yaşadığı qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR