Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Paşinyan 5 minə yaxın erməni hərbçisinin məhv edildiyi barədə məlumatı gizlədir

Paşinyan 5 minə yaxın erməni hərbçisinin məhv edildiyi barədə məlumatı gizlədir

Tarix: 14-11-2020, 14:55

Ermənistan ordusu ikinci Qarabağ müharibəsində 4 750 hərbçisini itirib.

Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan özünün “Facebook” hesabından yazıb.

“İlk gündən həqiqi ölümləri gizlətmək üçün biabırçı və kədərli bir proses başladı”, - deyən sabiq diplomat əməliyyatın Ermənistanda şəxsən Paşinyanın, Qarabağda isə həyat yoldaşı tərəfindən idarə olunduğunu bildirib.

O, Gorus, Sisiyan, Vanadzor, Gümrü, Eçmiədzin və İrəvan morqlarında yer olmadığını da deyib.

“Və bu Ermənistanda XXI əsrdə - heç nəyi gizli saxlamağın mümkünsüz olduğu hesab olunduğu dövrdə baş verir. Məlum oldu ki, ölən oğlanların cəsədləri saatlarla soyuducuda gizlədilə bilər, çünki Nikol və Annaya gündə ortalama 30 qurbanın adının nəşrinə icazə verilib. Müharibə qurbanlarının son sayı isə hələ bəlli deyil. Əslində var, amma yayımlanmayıb. Fakt budur ki, beş gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi Nikola bu an üçün itkilərin siyahısını təqdim edib”.

Onun sözlərinə görə, təqdim olunan siyahıda 1100 itkin düşmüş erməni hərbçisinin adı da var.

“Ermənistanın Baş nazirinə məruzə edilən 4750 təsdiqlənmiş ölüm. Bu, rəqəm deyil. Bu bir nəsildir, bu bir şəhərdir, bu böyük bir ordudur. Bu dəhşətin məsuliyyəti o qədər böyükdür ki, müharibənin son həftələrində ölənlərin adları dərc olunmadı, dəfndə havaya atəş açmağa icazə verilmədi. Bu reallıqdır”, - deyə o, sözlərini yekunlaşdırarkən bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR