Son Xəbər: Cavad Zərif iranlı alimin öldürülməsini terror aktı adlandırdı, Bayrağa hörmətsizlik etmiş BDU tələbəsi üzr istədi - VİDEO,

Həftəsonu hansı taksilərin işləyəcəyi açıqlanıb - Diqqət!

Həftəsonu hansı taksilərin işləyəcəyi açıqlanıb - Diqqət!

Tarix: 21-11-2020, 14:01


"Xüsusi karantin rejiminin davam edəcəyi dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksilər Bakıda heç bir məhdudiyyət olmadan fəaliyyət göstərə bilərlər"

Bunu “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq sənədləri qaydasında olan sürücülər də fərqlənmə nişanı almaq üçün BNA-ya müraciət edə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə “Report”a açıqlamasında bildirib ki, dekabrın 28-nə qədər rayon taksilərinə fərlənmə nişanı verilməyəcək: “Nazirlər Kabinetinin qərarına uyğun olaraq mart ayından etibarən şəhərlərarası və rayonlararası ictimai nəqliyyat fəaliyyət göstərmir. Qərarda giriş-çıxış yasağı göstərilən regionlara da taksilərin getməsi qadağandır. Bu tək həftəsonlarına aid deyil, həftənin bütün günlərinə aiddir. Amma son qərar bu oldu ki, dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksi sürücüləri bütün regionlarda xidmət göstərə biləcəklər. Amma fürsətdən yararlanma halları ola bilər. Tutaq ki, ictimai nəqliyyat həftəsonları işləmir. İndiyə qədər qeyri-qanuni fəaliyyət göstərmiş taksi sürücüləri, avtonəqliyyat vasitələrinin sürücüləri istəyəcəklər ki, gəlsinlər fərqlənmə nişanı alsınlar. Çünki iznli taksilər fərqlənmə nişanlı taksilərdir. Onlarla bağlı da biz bildirdik ki, həmin şəxslər fərqlənmə nişanını dekabrın 28-nə qədər ala bilməyəcəklər. O şəxslərin fərqlənmə nişanı yenilənəcək ki, onlar mütəmadi fərqlənmə nişanı alıblar. Misal üçün, vaxtı bitib və dəyişir. Amma yeni almaq istəyənlərin müraciətinə baxılmayacaq”.

DANX sözçüsü hesab edir ki, təmsil etdiyi qurumun verdiyi bu qərar haqsız rəqabətə və qiymət artımına şərait yaratmayacaq: “Onsuz da qeyri-rəsmi taksi fəaliyyəti göstərənlər dövlət büdcəsindən yayınanlardır və qanuni taksi fəaliyyəti göstərməyən taksi xidməti göstərən vətəndaşlardır. Onlar istədikləri qiyməti qoyur. Əslində taksi ilə bağlı qiymət senzi yoxdur deyə, orda hansısa tarif yoxdur. Bu dəqiqə taksilərdə qiymətlə bağlı hər-hansı məsələdən danışmaq tez olar. Çünki marşrut xətlərində konkret tarif şurasının qiymətləridir, amma taksilərlə bağlı konkret qiymət yoxdur. Taksi sürücüsünə niyə qiymətləri qadlrırısan deməyə əsas verən hər-hansı qanunvericilik sənədi yoxdur. Təbii ki, ümumi nəzarət olunur ki, vətəndaşları onların alıcılıq qabiliyyəti nəzərə alınsın.

Pandemiya ilə bağlı olaraq məhdudlaşdırma o deməkdir ki, işə gedən vətəndaşın maşını yoxdursa, işə gedib-gələ bilsin. Bunun üçün rəsmi fəaliyyət göstərən taksilər kifayət qədərdir. Yəni qiymət artımından, inhisardan söhbət gedə bilməz. Amma digər sürücülər, hansı ki, indiyə qədər adam daşıyırdılar, qeyri-rəsmi fəaliyyət göstərirdilər, onların fərqlənmə nişanı almasına ona görə, icazə vermirik ki, bu sayı artırmayaq. Küçədə avtonəqliyyat vasitələrinin sayı artmasın. Amma digər avtonəqliyyat vasitələri, rəsmi taksilər kifayət qədərdir, hətta hesablamalarımıza görə, bu dəqiqə sərnişin axınını tənzimləmək üçün həddindən çoxdur”.




RƏYLƏR


XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR