Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Həftəsonu onlayn xidmət göstərən restoranlar cərimələndi

Həftəsonu onlayn xidmət göstərən restoranlar cərimələndi

Tarix: 28-11-2020, 15:06


Noyabrın 21-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Bir neçə sahibkar "Qafqazinfo"ya müraciət edərək bildirib ki, bu gün restoran və dönərxanalarda çatdırılma xidməti vasitəsilə fəaliyyət göstərdikləri üçün işçilər və rəhbər şəxslər müxtəlif məbləğlərdə cərimə ediliblər.

Qərarda göstərilən "yerində xidmət” ifadəsinə görə, sahibkarlar onlayn fəaliyyətə, kuryer vasitəsilə çatdırma etməyə icazə verildiyini düşünüblər. Nəticədə həftə sonları çatdırma edən bir çox restoran və məşhur dönərxanalar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həftə sonları marketlər, apteklər və onları məhsulla təmin edən sahələrdən başqa bütün xidmətlərin fəaliyyəti qadağandır:

"Onlayn satış, kuryer vasitəsilə çatdırılma fəaliyyətinə də icazə verilmir. Bununla bağlı həftə sonları da polis əməkdaşları tərəfindən müvafiq yoxlama və reydlər keçirilir”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR