Son Xəbər: Kirayə evə görə vergini kim ödəməlidir?, Başlıbel faciəsindən 31 il ötür, Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları, Türkiyə Livandakı vətəndaşlarına xəbərdarlıq etdi, Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel, Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH, Prezidentdən Şuşa ilə bağlı - Sərəncam, Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ, Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib, Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb,

Qadın güləşçilərimiz bu gün iki medal qazana bilər

Qadın güləşçilərimiz bu gün iki medal qazana bilər

Tarix: 16-12-2020, 11:25


Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda qadın millimiz iki medal qazana bilər.

Alyona Kolesnik (-57 kq) bu gün təsəlliverici qarşılaşmada almaniyalı Laura Mertenslə üz-üzə gələcək. Alyona qalib gəlsə, bürünc uğrunda görüşdə rusiyalı Veronika Çumikova ilə qarşılaşacaq.

Ötən ilin Avropa çempionu Elis Manolova (-65 kq) da bürünc medal üçün təsəlliverici görüşə çıxacaq. Bulqar türkü olan legionerimizin rəqibi türkiyəli Aslı Dəmir olacaq.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində Tatyana Omelçenko (-62 kq) çıxışını medalsız başa vurub. Yunan-Roma güləşçilərimizdən isə İslambəy Dadov (-67 kq) gümüş, Eldəniz Əzizli (-55 kq) və Beka Kandelaki (-130 kq) bürünc medala sahib olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR