Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

Azərbaycanda 4 nazir İŞDƏN ÇIXARILDI VƏ... - SİYAHI

Azərbaycanda 4 nazir İŞDƏN ÇIXARILDI VƏ... - SİYAHI

Tarix: 25-12-2020, 20:20


Bu il Azərbaycanda bir neçə nazir və dövlət qurumunun rəhbəri vəzifədən azad edilib.

2020-ci ildə yüksək dövlət vəzifəsindən azad edilən və ya bu vəzifəyə təyin edilən şəxslərin siyahısını təqdim edir:

Bu il mayın 21-də Əbülfəs Mürsəl oğlu Qarayev mədəniyyət naziri vəzifəsindən azad edilib. İyulun 20-də isə bu vəzifəni müvəqqəti icra etmək səlahiyyəti Prezident İlham Əliyevin sərəncamı ilə Anar Kərimova tapşırılıb.

İyulun 16-da Elmar Məhərrəm oğlu Məmmədyarov xarici işlər naziri vəzifəsindən azad edilib. Onun yerinə isə elə həmin gün təhsil naziri vəzifəsindən azad edilən Ceyhun Bayramov təyin edilib.

Xatırladaq ki, Əbülfəs Qarayev və Elmar Məmmədyarov nazirlikdə DTX-nin apardığı əməliyyatdan bir müddət sonra işdən çıxarılıb.

Bu ilin aprelində Zakir Qaralov Baş prokuror vəzifəsindən azad edilib. Bu vəzifəyə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev gətirilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında da bir neçə məmur vəzifədən azad edilib. Belə ki, martın 5-də rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov işdən çıxarılıb və yerinə Vüsal Sevdimalıyev gətirilib.

Aprelin 27-də isə Suliddin Əliyev Naxçıvan MR ədliyyə naziri vəzifəsindən azad edilib. Onun yerinə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi Daşqın Rəhimov təyin edilib.

Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis vəzifəsinə isə elə həmin gün Mirzə Cəlilov gətirilib.

May ayının 14-də Naxçıvanın Baş naziri Əlövsət Baxşıyev vəzifədən azad edilib. Onun yerinə mayın 23-də Səbuhi Məmmədov təyin edilib.

Axar.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR