Son Xəbər: Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda çıxış edib, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib,

Özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən Şirvan sakininə qarşı cinayət işi başlandı

Özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən Şirvan sakininə qarşı cinayət işi başlandı

Tarix: 28-12-2020, 13:11


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlunun qanunsuz hərəkətlərinə dair toplanmış material üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.  

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Pərviz Bəbirovun hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırmaqla vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşların torpaq sahəsinə çıxarış alınması üçün 60 min manat və hüquq-mühafizə orqanına işə yenidən bərpa olunması üçün 11 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış faktlarla bağlı Baş İdarədə Pərviz Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi üçün tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR