Son Xəbər: Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq, Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi,

Mehriban Əliyevadan Zəfər muzeyi ilə bağlı TAPŞIRIQ

Mehriban Əliyevadan Zəfər muzeyi ilə bağlı TAPŞIRIQ

Tarix: 13-01-2021, 11:17



Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 11-də Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli Sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.

Eyni zamanda görüşdə qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.

Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparılıb.

Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.

Qeyd edək ki, bu yaxınlarda Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR