Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlanıb

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlanıb

Tarix: 16-01-2021, 20:39

Baş Dövlət Yol Polisi İdarəsi yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışın hansı şərtlərlə icazə veriləcəyini açıqlayıb.

İdarədən verilən məlumata görə,  18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi orqanların əməkdaşlarına xidməti vəsiqə (ezamiyyə vərəqəsi), diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına, habelə onların yerli heyətinə müvafiq akkreditasiya kartları əsasında, eləcə də qərarda göstərilən digər şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcək.

İdarə bütün hərəkət iştirakçılarının nəzərinə çatdırırıb ki, qeyd olunan şəhər və rayonların  (kənd və qəsəbələr istisna olmaqla), həmçinin paytaxtın giriş-çıxışlarında qurulan karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər 2021-ci il yanvarın 25-dək davam etdiriləcək və müvafiq icazəsi olmayan şəxslər həmin postlardan buraxılmayacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR