Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

Ramiz Rövşəndən təqdirə layiq sözlər.

Ramiz Rövşəndən təqdirə layiq sözlər.

Tarix: 4-11-2019, 15:34

"Görün, biz qadını nə qədər alçaltmışıq ki, onu kişi ilə bərabər tuturuq" - Ramiz Rövşən


"Mən qadınlarının yerinin cəhənnəm olduğunu deyə bilmərəm. Siz cənnəti, cəhənnəmi görmüsünüz?"
Mediabiz.az kulis.az -a istinadla xəbər verir ki, bu sözləri təqdimatların birində jurnalistlərin suallarını cavablandıran Xalq şairi Ramiz Rövşən Akif İslamzadənin "qadınların yeri cəhənnəmdir" fikrinə münasibət bildirərkən söyləyib.
Şair daha sonra əlavə edib:
"Bilirsiniz, hansı daha maraqlıdır? Bilmirsiniz axı. Əgər qadının yeri cəhənnəmdirsə, onda kişilərin birbaşa gedəcəyi yer cəhənnəmdir. Mən bir dəfə Elçinin bir sözünü demişdim, başqaları düz başa düşməmişdilər. Demişdim, görün biz qadını nə qədər alçaltmışıq, aşağı salmışıq ki, onu kişi ilə bərabər səviyyədə tuturuq.
Qadın kişinin başının tacıdır. Və bu mənim ən dəqiq düşüncəmdir! Fikirləşin ki, bir ailədə bir kişi haqqında nəsə onu aşağılayan bir söz deyilsin, bundan qadın üçün toz boyda da ləkə qonmaz. Amma qadın haqqında deyilən hər bir pis söz onun üçün ləkə olar. Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadını elə qorumalıdır ki, ona toz da qonmasın."




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR