Son Xəbər: Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda çıxış edib, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH,

Ali Məhkəmədə hakimlərin andiçmə mərasimi keçirilib - VİDEO

Ali Məhkəmədə hakimlərin andiçmə mərasimi keçirilib - VİDEO

Tarix: 5-02-2021, 17:41



Bu gün Ali Məhkəmədə hakimliyə yeni təyin olunan şəxslərin andiçmə mərasimi keçirilib.

İTV andiçmə mərasimindən canlı yayım edib.

Andiçmə mərasimdə Prezident İlham Əliyevin sərəncamı ilə hakim təyin olunan 44 nəfər yeni hakim and içib. Fərmana əsasən hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və vaxtında baxılması məqsədilə əlavə 200 yeni hakim ştatı ayrılıb.

Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə şura tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elan edilməsi təyin edilib.

Xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə ötən il Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilmiş müsabiqə nəticəsində 44 nəfər hakimliyə namizəd bir neçə mərhələdən ibarət olan imtahanları, o cümlədən yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vurub.
<embed src='https://player.baku.tv/embed/33249' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen><embed>




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR