Son Xəbər: Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib, Deputatlar 18 məsələni müzakirə edir, Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?, Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər, Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır, “Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin, Zelenski Baydenlə Ukraynaya hərbi yardımı müzakirə edib, İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM, Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH,

Xəstəxanada müalicə alan Xalq artistinin durumu ilə bağlı açıqlama

Xəstəxanada müalicə alan Xalq artistinin durumu ilə bağlı açıqlama

Tarix: 9-02-2021, 17:36


İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev palataya köçürülüb.
Bunu “Report”a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.
Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti stabil yaxşıdır: “Xalq artisti Reanimasiya şöbəsindən palataya köçürülüb. Onun səhhətindəki bir sıra problemlər artıq öz həllini tapıb. Hazırda palata şəraitində reabilitasiya və müalicə prosesləri davam edir. Qarşıdakı günlərdə həkimlər vəziyyətini qiymətləndirdikdən sonra evə buraxıla bilər”.
Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR