Son Xəbər: Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır, Həmid Nurinin oğlu da İsveçdə həbs edildi, Kreml Puqaçova ilə bağlı açıqlama yaydı, “Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR, Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir,

Azərbaycanda su ilə bağlı Milli Strategiya hazırlanır

Azərbaycanda su ilə bağlı Milli Strategiya hazırlanır

Tarix: 9-02-2021, 17:51

“Su ilə bağlı tədbirlər planında Milli Strategiyanın hazırlanması məqsədi qoyulub. Bu il ərzində plan hökumətə veriləcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, su ehtiyatlarının hövzə prinsipi ilə idarə olunması, çayların idarəetmə planlarının hazırlanması, dövlət səviyyədə tətbiq olunması qarşıda duran məqsəddir:

“Hökumət tərəfindən baxıldıqdan sonra plan ölkə başçısına təqdim ediləcək. Bu barədə qurumların rəyləri öyrənilir”.

“Strategiyanın tətbiqi ilə qanunvericilikdə, beynəlxalq yanaşmada, idarəolunma prinsiplərində müəyyən tələblər qoyulur. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə o əlavə edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR