Son Xəbər: İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?, Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?, Ərdoğan Almaniya Prezidenti ilə görüşüb, Bu ölkə Ağdamda məktəb tikəcək, Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2, Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA, Prezident 2 fərman imzaladı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək, Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib, Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB,

Sevil Əliyeva Bakıya gəlir – Bu şəxs Space Tv-nin rəhbəri olacaq

Sevil Əliyeva Bakıya gəlir – Bu şəxs Space Tv-nin rəhbəri olacaq

Tarix: 9-02-2021, 18:17


Speys TV-nin sədri, tanınmış rejissor Vaqif Mustafayevin vəzifədən azad edilməsindən sonra bu kanala kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur.

MEDİABİZ.az kult.az-a istinadən xəbər verir ki, hazırda bir çox şəxsin – Speys TV-yə bir vaxtlar rəhbərlik etmiş Etibar Babayev, ATV-nin keçmiş sədri Vüqar Qaradağlı, o cümlədən tanınmış aparıcı Turan İbrahimov və hətta Vado Korovinin namizədliyinin mümkünlüyü haqda iddialar səsləndirilir.
Speys TV-nin təsisçisi Sevil xanım Əliyeva mediaya açıqlamasında artıq kanalın rəhbərinin müəyyənləşdiyini, yaxın vaxtlarda onun ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Saytımıza verilən məlumata görə, S.Əliyevanın seçimi tanınmış jurnalist, uzun illərdir Speys TV-də çalışan, böyük sənətkarımız Rəşid Behbudovun kürəkəni (Rəşidə Rəşidin həyat yoldaşı) Kamil Şahverdiyevdən yanadır. Hazırda da kanala müvəqqəti rəhbərliyi K.Şahverdiyev edir.
Speys TV-dən bildirilib ki, Sevil Əliyevanın yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir və o zaman da kanal rəhbərini özü təyin edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR