Son Xəbər: Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları, Türkiyə Livandakı vətəndaşlarına xəbərdarlıq etdi, Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel, Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH, Prezidentdən Şuşa ilə bağlı - Sərəncam, Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ, Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib, Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb, Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı, Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur,

Daha bir məmur rüşvətə görə həbs olundu

Daha bir məmur rüşvətə görə həbs olundu

Tarix: 10-02-2021, 19:32


Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Həsənov Rauf Sadiq oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Mediabiz.az xəbər verir ki, bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış istintaq tədbirləri ilə Rauf Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsi ərazisində yerləşən pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətini bərpa etdirmək üçün vətəndaşdan 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.     
  
10 fevral 2021-ci ildə Rauf Həsənov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR