Son Xəbər: Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi,

Ərdoğan yeni konstitusiyanın bu tarixədək hazırlanmasını istəyir

Ərdoğan yeni konstitusiyanın bu tarixədək hazırlanmasını istəyir

Tarix: 10-02-2021, 19:58



“Konstitusiyalar toplumun mütləq əksəriyyətinin dəstəyini almalıdır. Bütün partiyalarımızın bu prosesdə yer almasını istərdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında bütün partiyalara yeni konstitusiya ilə bağlı müraciət edərkən deyib.

Dövlət başçısı partiyaları bu məsələdə əməkdaşlığa dəvət edib:

“Gəlin, birlikdə təkliflərimizi il ərzində hazırlayaq və müzakirələrə başlayaq. Sonra bunu millətimizlə bölüşək”.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisini yeni və tarixi bir vəzifə gözləyir:

“İslahatın çərçivəsini təşkil edən yeni konstitusiya təkliflərimizi millətimizlə paylaşdıq. MHP-nin də təklifə müsbət yanaşması ilə Türkiyə tarixində ilk dəfə mülki bir konstitusiya hazırlama və həqiqi bir azadlıq şəraitində millətə təqdim etmə şansına sahib olub.

Bu gün beynəlxalq arenada öz iradəsini ortaya qoymuş bir Türkiyə var. Yeni konstitusiya üçün bütün şərtlər uyğundur.

Gəlin, millətimizin önünə əhatəli, geniş üfüqlər açan bir mətn qoyaq. Cümhuriyyətimizin 100-cü ilini (2023-cü il - red.) yeni mülki bir konstitusiya ilə qarşılayaq. Biz Cümhur İttifaqı olaraq çalışmalara ən münasib şəkildə töhfə verməyə hazırıq. Son qərar, əlbəttə, millətimizin olacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR