Son Xəbər: Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi, Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək,

“Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz” - TƏBİB nümayəndəsi

“Açıq havada tək olsanız, maska taxmaya bilərsiniz” - TƏBİB nümayəndəsi

Tarix: 12-02-2021, 10:48

“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz”.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, vətəndaşlar sosial ərazilərdə olan zaman maska taxmalıdırlar: “Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. Ona görə də TƏBİB nümayəndəsinin açıqlaması sosial şəbəkələrdə müzakirə olunub. 

Həmçinin qeyd edək ki, dəfələrlə sosial şəbəkələrdə vətəndaşlar yanlarında adam olmadığı halda maska taxmadıqlarına görə polis tərəfindən cərimələndiklərini bildiriblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR