Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Günahı Azərbaycana atmaq istəyən manyak ifşa olundu: Ermənistanda tarixə düşəcək əxlaqsızlıq nümunəsi

Günahı Azərbaycana atmaq istəyən manyak ifşa olundu: Ermənistanda tarixə düşəcək əxlaqsızlıq nümunəsi

Tarix: 15-02-2021, 17:39

Ermənistanın Milli Təhlükəsizlik Xidməti internet vasitəsilə müharibə dövründə əsir və itkin düşmüş şəxslərin yaxınlarından informasiya qarşılığında açıq-saçıq foto və video tələb edən manyakı saxlayıb.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Sözügedən şəxs “Facebook” sosial şəbəkəsində özünü azərbaycanlı “Əziz Muradov” kimi təqdim edərək Qarabağ müharibəsində itkin düşən və ya əsir götürülən hərbçilərin yaxınlarına onların saxlanıldığı yer barədə saxta məlumatlar verib. Bunun qarşılığında isə qadınlardan çılpaq foto və video tələb edib. Tələbi yerinə yetirilməyəcəyi halda isə bunun “əvəzi”ni hərbçilərdən çıxacağını bildirib. Cinayətkarın tələsinə həmçinin 16 yaşlı qızın da düşdüyü bildirilir.

Həmçinin ilkin istintaq mərhələsində 10-a yaxın qurbanı da müəyyən etmək mümkün olub.

Sözügedən hadisəni erməni şərəfsizliyinin sonsuz imkanlarının təzahürü kimi qəbul etmək olar. Müharibədə məğlub olan bir xalqın fərdinin hazırda öz cəmiyyətinin ən yaralı yerlərindən biri üzərindən fırıldaqçılığa əl atması, üstəlik də bu əməli cinsi istəkləri naminə törətməsi dünyada misli görülməmiş əxlaqsızlıq nümunəsi ola bilər.

Məsələnin digər tərəfi isə bəlkə də, yüz illərdir davam edən erməni xislətinin ifşasından ibarətdir. Göründüyü kimi Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan şəxs cinayəti özünü azərbaycanlı kimi təqdim edərək törədir. Bəlkə də, özü də şüuraltında dərk edir ki, bu cür əxlaqsızlığı yalnız düşmən olaraq gördüyün birinin üzərinə yıxmaq olar. Lakin bu hadisəni törədən ermənilərin özlərinə düşmən bildikləri deyil, məhz tarixən də olduğu kimi onların öz içindən biri olub.

Belə ki, yüz illərdir, Azərbaycanın sərvətlərini, uğurlarını, mədəniyyətini, mətbəxini mənimsəyən, yalnız tarixdəki rüsvayçılıq və əxlaqsızlıqlarını qonşularının ayağına yazmaq istəyən ermənilər bu yolla bəşəriyyətin qarşısında özlərini təmizə çıxarmaq istəyiblər. İndi də Ermənistan cəmiyyətində səs-küy yaradan bir əxlaqsızlıq nümunəsində günahı bizə atmaq istəsələr də, ifşa olunublar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR