Son Xəbər: 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb,

ABŞ-ın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ-ın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

Tarix: 15-02-2021, 20:59


ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Haber Global" xəbər verir ki, bu barədə nazirlikdən yayılan məlumatda bildirilib.

“ABŞ-ın Türkiyə Cümhuriyyətindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Dövlət Departamentinin PKK-nın törətdiyi qətliama münasibətdə verdiyi açıqlamasında əksini tapan fikirlərə qarşı etiraz sərt şəkildə onun nəzərinə çatdırılıb”,-deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 14-də PKK terrorçuları İraqın Qara bölgəsində 13 nəfər Türkiyə vətəndaşını qətlə yetiriblər. Hadisəyə münasibətdə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada Türkiyənin müvafiq qurumlarının məlumatları şübhə altına alınıb. Açıqlamada “əgər türkiyəli mülki şəxslərin qətlinin PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi xəbərləri öz təsdiqini taparsa, bunu ən sərt şəkildə pisləyəcəyik”, - ifadələri yer alıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR