Son Xəbər: Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq, Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək,

10.478 hektar torpaq sahəsi qanunsuz ayrılıb

10.478 hektar torpaq sahəsi qanunsuz ayrılıb

Tarix: 16-02-2021, 16:38


Ötən il ümumilikdə 10.478 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən təkliflər və ya məhkəmələrə iddialar verilib.

Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov məlumat verib. 

O qeyd edib ki, nəticədə 396 ha torpaq sahəsinin mülkiyyətə, 6.850 ha torpaq sahəsinin icarəyə və 971 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib: “Bütövlükdə 8.217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub”. 

Həmçinin qeyd olunub ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3.503 müraciətdən 3.206-na baxılıb, 156-sı aidiyyəti üzrə göndərilib, 141 müraciət isə baxılmaqdadır. 

“Qafqazinfo”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR