Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Sürücülərin nəzərinə: Bəzi yollarda qar uçqunu olub, buzlaşma var - SİYAHI

Sürücülərin nəzərinə: Bəzi yollarda qar uçqunu olub, buzlaşma var - SİYAHI

Tarix: 18-02-2021, 10:33


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə açıqlama yayıb.
Bildirilib ki, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədində hazırda marşrut boyu yağıntı yoxdur, nəqliyyatın hərəkəti təmin olunub.
Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb, hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Giləzi - Xızı yolunda gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir, nəqliyyatın hərəkəti təmin olunub. 
Səhər saatlarından başlayaraq qar yağdığı üçün hazırda Bakı - Qobustan yoluna qum-duz səpilir. 1-2 dərəcə şaxta var, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - Ağsu - Yevlax marşrutu boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Ələt - Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Ucar – Yevlax yoluna gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi marşrutu boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 
Muğanlı – İsmayıllı marşrutu boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur, 4-5 dərəcə şaxta var.
İsmayıllı - Qəbələ - Oğuz - Şəki marşrutu boyu səhər saatlarından başlayaraq qar yağır, 5-7 sm qar var. Görülmüş tədbirlər nəticəsində yol qardan təmizlənib, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Şaxta 1-2 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi marşrutu boyu qar yağır, Şəki rayonu ərazisində 5-7 sm, Qax rayonu ərazisində 15-20 sm, Zaqatala və Balakən rayonları ərazisində 10-12 sm qar var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Yevlax – Şəki (Göybulaq) yolunun Şəki rayonundan keçən hissəsində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunun Daşkəsən rayonundan keçən hissəsində 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Şəmkir - Gədəbəy yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi marşrutu boyu sulu qar yağır, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı yolunun Masallı rayonundan keçən hissəsində zəif qar, Yardımlı rayonu ərazisində isə sulu qar yağır. Şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran – Lerik yolunda səhər saatlarından başlayaraq qar yağır, yolda qar yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR