Son Xəbər: ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib,

İcra başçısı olmayan bağçaya müdir təyin edib?

İcra başçısı olmayan bağçaya müdir təyin edib?

Tarix: 18-02-2021, 22:24



Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Poylu kənd 2 saylı körpələr evi-uşaq bağçasına müdir təyin edib.

"Qafqazinfo" xəbər verir ki, bu vəzifəyə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsələhətçisi Mehdiyeva Aysel Azad qızı gətirilib.

Lakin sözügedən təyinat sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, Poylu kənd sakinlərinin iddiasına görə, icra başçısı olmayan bağçaya müdir təyin edib.

Məsələ burasındadır ki, 2 saylı körpələr evi-uşaq bağçasının əvvəlki binası 2015-ci ildə rayonun sabiq icra başçısı Məhərrəm Quliyev tərəfindən sökdürülüb. Yeni binanın tikintisi üçün yer qazılsa da, 6 ildir ki, tikilməli olan uşaq bağçasından əsər-əlamət yoxdur.

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən İcra Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bildirib ki, 2 saylı körpələr-uşaq bağçası hazırda fəaliyyət göstərir:

"Bağça hazırda köhnə tibb məntəqəsinin binasında yerləşir. Təzə bina üçün layihə də hazırlanıb. Texniki və sənədləşmə işləri də aparılıb. İkimərtəbəli olacaq binanın tikintisinə hələ başlanılmayıb. Sosial şəbəkələrdə paylaşılan foto bir neçə il əvvəl sökülən binanın yerini əks etdirir. Amma bu o demək deyil ki, bağça yoxdur. Bağçaya uşaqlar gəlir, işçiləri də var".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR