Son Xəbər: Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV,

Daha bir QALMAQAL: Müəllim tələbəyə “şamtutan” dedi - VİDEO

Daha bir QALMAQAL: Müəllim tələbəyə “şamtutan” dedi - VİDEO

Tarix: 19-02-2021, 12:31


Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan vaxtı sinif nümayəndəsini  təhqir edib. 

Mediabiz.az Sfera.az a istinaden xəbər verir ki, direktor imtahan zamanı tələbələrin çıxmalı olduğunu dediyi halda, sinif nümayəndəsinin imtahanı tərk etməməsinə əsəbləşərək ona qarşı "şamtutan” ifadəsini işlədib:

"İndi qrupda 5 nəfərdir: Nərgiz xanım, 2 müəllim və mən. Bəs beşinci kimdir? "Sinifkom” burada nə edir ki? Mən dedim ki, tələbələr çıxsın, siz məni dinləmirsiz? Burada müəllimə "sinifkom” tərəfindən nəzarət lazım deyil. Ağzımda deyirəm ki, tələbələr çıxsın. Bu nə özbaşınalıqdır, siz edirsiz? İndi mən imtahanı dayandıraram, baxarsız. "Sinifkom” tələbə sayılmır? Bizə "şamtutan” lazım deyil. 3-3 uşaqlar daxil olurlar. 1 asistent var, müəllim var, Nərgiz xanım var. Sinif nümayəndəsi nə üçündür ki?”.

Təhsil Nazirliyinin direktorla bağlı hansı qərarı verəcəyi böyük maraq doğurur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR