Son Xəbər: Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək, İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?, Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?, Ərdoğan Almaniya Prezidenti ilə görüşüb, Bu ölkə Ağdamda məktəb tikəcək,

"Metro açılmalıdır, məktəblər üçün avtobuslar təşkil edilməlidir" - Ekspert

"Metro açılmalıdır, məktəblər üçün avtobuslar təşkil edilməlidir" - Ekspert

Tarix: 19-02-2021, 12:56


Dünən COVID-19 a yoluxma halları olduğu üçün 82 saylı orta məktəbdə dərslər ənənəvi tədrisdən distant təhsilə keçirildi. 

1 fevralda dərslər bərpa olunanda bu kimi hallar gözlənilirdi, yəni sürpriz deyil və heç də təşvişə düşməyə ehtiyac yoxdur". 

Bunu təhsil eksperti Kamran Əsədov bildirib. 

O bildirib ki, həmin məktəbdə 1 nəfər şagird, 2 müəllim virusa yoluxub:

"İndi 82 saylı orta məktəbin kontingentinə baxaq.
 
Bu məktəbdə Azərbaycan bölməsi üzrə 38 sinif və 1038 şagird, rus bölməsi üzrə 15 sinif və 490 şagird, ümumilikdə məktəbdə 53 sinif və 1528 şagird, 129 işçi var ki, onun da 118 - i müəllimdir.  Bu saylar fonunda 3 yoluxma faktı şişirdilə bilməz. 

Digər tərəfdən isə, 2020-ci ilin 15 sentyabrında dərslər bu formada bərpa olunanda 20 gün ərzində artıq 10-a yaxın məktəb, 25 dən çox sinifdə yoluxma hallarına görə tədris distanta keçmişdi. 

2020-ci ilin 17 oktyabrında, dərslər ənənəvi başlayandan 1 ay sonra isə, 49 məktəb və 75 sinif yoluxma hallarına görə distanta keçmişdi". 

Ekspert məktəblərin yenidən bağlanmaması üçün atılmalı olan addımları da açıqlayıb:
 
"Ölkəmizdə 4447 məktəb və 1.6 milyon şagird var. Hər bir şagird bizim öz balamızdır. Əlbəttə ki, heç birinin səhhətində problem olmasını arzu etmirəm. Hər gün ölkəmizdə 150 nəfər ətrafında insanda yoluxma hallarının olduğunu bilirik. Bunun fondunda hər şey davam edir. Ona görə də, məktəblərin yenidən bağlanmasına ehtiyac yoxdur. Bunun üçün isə Metro açılmalıdır, məktəblər üçün avtobuslar təşkil edilməlidir".  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR