Son Xəbər: “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”, Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”, Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik, Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib, General-mayor vəfat etdi, Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq, Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın, Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar,

Daha bir fəhlə hündürlükdən yıxılaraq ölüb

Daha bir fəhlə hündürlükdən yıxılaraq ölüb

Tarix: 23-02-2021, 10:40


Fevralın 22-də saat 14 radələrində Saatlı rayonu Varxankənd kənd ərazisində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən 1986-cı il təvəllüdlü Rəmzi Məmiyev rayonun Varxankənd kənd ərazisində yerləşən quşçuluq müəssisəsinin binasının dam örtüyünü yeniliyərkən həmin binanın dam hissəsindən yıxılması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR