Son Xəbər: Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi,

İlham Əliyev Gürcüstanın yeni baş nazirini təbrik edib

İlham Əliyev Gürcüstanın yeni baş nazirini təbrik edib

Tarix: 23-02-2021, 22:17




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə İrakli Qaribaşviliyə təbrik məktubu göndərib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Məktubda deyilir:

Hörmətli cənab Baş nazir,

Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR