Son Xəbər: Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək, İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?, Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?,

FHN-in hospitalında işçilərin maaşları verilmir? - Nazirlik məsələyə aydınlıq gətirdi

FHN-in hospitalında işçilərin maaşları verilmir? - Nazirlik məsələyə aydınlıq gətirdi

Tarix: 24-02-2021, 13:11



Fövqəladə Hallar Nazirliyi (FHN) Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının əməkdaşlarının əməkhaqlarını ala bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.

FHN-dən bildirilib ki, paytaxtın Zığ qəsəbəsində yerləşən Modul Tipli Hospital ən müasir standartlara cavab verməklə koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində mühüm rolu var:

“Təəssüflə qeyd etmək lazımdır ki, son günlər bəzi sosial şəbəkə səhifələri və kütləvi informasiya vasitələrində hospitalın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılmaqdadır.

Belə ki, vaxtilə hospitalda çalışmış, müqavilə müddətinin bitməsi və ya işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsindən kənarlaşdırılan bəzi şəxslər qanunsuz şəkildə işdən azad edildiklərini əsassız olaraq iddia etməklə, müəssisənin yüksək rəğbət qazanmış fəaliyyətinə kölgə salmağa çalışırlar. Əsasən də bu ilin yanvar ayı üzrə əməkhaqlarının gecikdirilməsini əsas gətirən bəzi işçilər bu məsələni başqa istiqamətə yönəltməyə və bununla da ictimai fikri çaşdırmağa cəhd göstərirlər.

Məsələ ilə bağlı bildirirk ki, fəaliyyəti dövründə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalında 2 500 nəfərdən çox tibb və qeyri-tibb personalı müqavilə əsasında fəaliyyət göstərib. Bu müddət ərzində işçi heyəti üçün bütün zəruri və lazımi şərait yaradılıb, onların qanunvericiliyə uyğun olaraq əmək müqaviləsində göstərilmiş tələbləri təmin olunub.

Hospitalda yanvar ayı üzrə əməkhaqlarının gecikməsi ilə bağlı vurğulayaq ki, qanunvericiliyə uyğun olaraq personalın əməkhaqqı müvafiq dövlət qurumlarında razılaşdırıldığından bu, bir qədər vaxt itkisinə səbəb olub.

Artıq məsələ həllini tapdığından yaxın günlərdə modul tipli hospitalın bütün əməkdaşları əməkhaqlarını alacaqlar”.

“Onu da qeyd edək ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı son aylar dövlətimiz tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində vətəndaşlar arasında virusa yoluxma hallarında kəskin azalma müşahidə olunub. Hospitalda xəstə sayının azalması xidmət heyəti ilə qanunvericiliklə müəyyən olunmuş müqavilələrə xitam verilməsinə səbəb olub. Müqavilələrə xitam verilərkən əməkdaşların peşəkarlığı və nizam-intizamı nəzərə alınıb. Daha yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlarla müqavilə müddəti yarımştat cədvəli əsasında uzadılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının bütün əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, sosial sığorta ilə təmin olunublar.

Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək daxil olan məlumatları ictimailəşdirməzdən əvvəl nazirliklə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq”, - deyə nazirlikdən bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR