Son Xəbər: İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib, Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ, Şimali Makedoniyada prezident seçkiləri keçirilir, Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar, İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO,

“Qarda maşın sürə bilməyənlər ümumiyyətlə yola çıxmasınlar” - Yol polisi

“Qarda maşın sürə bilməyənlər ümumiyyətlə yola çıxmasınlar” - Yol polisi

Tarix: 24-02-2021, 17:17

DİN Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava ilə bağlı sürücülərə daha bir müraciət ünvanlayıb.

BDYPİ-dən  verilən məlumata görə, respublikanın bir çox ərazilərində, o cümlədən paytaxt Bakıda dünən axşamdan başlayan qarlı, küləkli hava şəraiti və bəzi yolların buz bağlaması sürücülərin yollarda çətin vəziyyətlərdə qalmalarına səbəb olub: “Odur ki, bü cür hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək vərdişləri olmayan sürücülər ümumiyyətlə yola çıxmasınlar ki, özləri və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar.

Eyni zamanda, hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur. Yollarda hərəkət zamanı sürət həddi minimuma endirilməklə elə ara məsafəsi saxlanılmalıdır ki, qarşıdakı avtomobil dayandıqda və ya sürüşdükdə toqquşmadan yayınmaq mümkün olsun”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR