Son Xəbər: Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır, Həmid Nurinin oğlu da İsveçdə həbs edildi, Kreml Puqaçova ilə bağlı açıqlama yaydı, “Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR, Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir,

"Ziya Kazımov həbsdən çıxanda ilk olaraq əsgərlərini soruşdu"

"Ziya Kazımov həbsdən çıxanda ilk olaraq əsgərlərini soruşdu"

Tarix: 25-02-2021, 09:04

Xəbər verdiyimiz kimi, Vətən Müharibəsi iştirakçısı, mayor Ziya Kazımov ev dustaqlığına buraxılıb.

Mediabiz.az xəbər verir ki, zabitin həbsdən buraxılması ilə bağlı onun vəkili Bəhruz Bayramov feysbuk hesabında paylaşım edib.
Vəkil bildirib ki, Ziya Kazımov həbsdən çıxanda ilk olaraq əsgərlərini soruşub:

"1 saylı İstintaq Təcridxanasına gedərək, Ziya Kazımovu gətirməyə qərar verdik. Bəzi prosedur qaydalar həyata keçiriləndən sonra Ziya Kazımov təcridxanadan buraxıldı. Ziya üç aydır ailəsi ilə əlaqə saxlaya bilmir, telefon qadağası var idi.

Biz elə fikirləşirdik ki, ilk sualı ailəsinin vəziyyəti haqqında verəcək. Amma yanılmışdıq. Çıxandan sonra ilk sualı bu oldu: görəsən, mənim hərbi hissəm hardadır, zabitlərim və əsgərlərim harda xidmət edir?"

Qeyd edək ki, Ziya Kazımov Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq, şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb, hospitala təxliyyə edilib. Mayor Z.Kazımov 9 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR