Son Xəbər: Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib, Deputatlar 18 məsələni müzakirə edir, Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?, Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər, Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır, “Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin,

Paşinyan istefa tələbini hərbi çevrilişə cəhd adlandırdı - YENİLƏNİB

Paşinyan istefa tələbini hərbi çevrilişə cəhd adlandırdı - YENİLƏNİB

Tarix: 25-02-2021, 13:34

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin baş qərargahının bəyanatını hərbi çevriliş cəhdi adlandırıb.

Bu barədə o, “Facebook” səhifəsində yazıb.

12:39

Ermənistanın silahlı qüvvələri ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

“Sputnik Ermənistan” xəbər verir ki, Baş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri bəyanat imzalayıblar.

Bildirilir ki, baş qərargah baş nazirin uzaqgörən olmayan və əsassız addımlarına, xüsusən də baş qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə qəti surətdə etiraz edirlər.

Hərbçilər hesab edir ki, Tiran Xaçatryanın istefası qərarı Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib.

“Belə çətin şərtlərdə belə bir qərar dövlətə qarşı yönələn və məsuliyyətsiz bir addımdır”, - deyə açıqlamada qeyd edilir.

Mövcud vəziyyətə əsaslanaraq silahlı qüvvələr baş nazir və hökumətin istefasını tələb edirlər.

Paşinyanın istefası tələbi 40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR