Son Xəbər: IMF hələ də FED-in monetar siyasətini yumşaldacağını gözləyir, Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ, DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ, “Qırmızı Meydan” ziyarətçilər üçün bağlandı, “Semka” da həbs edildi, KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb, Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto, Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı, Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar, Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM,

Xocalı faciəsinin şahidi: “Əsirlikdə hər şey var idi - qətl, işgəncə, zorakılıq...” - FOTO

Xocalı faciəsinin şahidi: “Əsirlikdə hər şey var idi - qətl, işgəncə, zorakılıq...” - FOTO

Tarix: 25-02-2021, 18:29

Tarixə Azərbaycanın ən qorxunc və dəhşətli səhifələrindən biri kimi düşən Xocalı faciəsindən 29 il keçməsinə baxmayaraq, qanlı hadisələrin dəhşəti xalqın yaddaşından silinmir.
Həmin hadisələrin şahidlərindən biri, 49 yaşlı Dürdanə Ağayeva “Anadolu” agentliyinə Xocalıdakı qanlı gecədə baş verənlər barədə danışıb.
Faciə zamanı 20 yaşında olan şahidin sözlərinə görə, fevralın 25-də erməni birləşmələri tank və zirehli texnika ilə bir neçə tərəfdən şəhərə hücuma başlayıblar. O, anası, nənəsi, qardaşları, bacısı və bir qrup şəhər sakini birlikdə qaçmağa qərar verib. Lakin ermənilər dinc əhalinin yolunu bağlayaraq, atəş açmağa başlayıbar, silahsız mülki şəxsləri, uşaqları və qocaları öldürüblər.
“Hərə bir tərəfə qaçmağa başladı. Qardaşım Elşad və mən yaralandıq. Qaçmağa çalışdıq, amma bizi əsir götürdülər”, - deyə o, olanları xatırlayır.
Dürdanə və qardaşı Əsgəran şəhərində saxlanılıb:
“Heç kimin orada yaşadığım dəhşətləri yaşamasını istəmərəm. Qadınların və uşaqların qışqırıqlarını, fəryadlarını, yalvarışlarını unuda bilmirəm. Uşaqlar ağlayır, yemək istəyirdilər, erməni əsgərləri isə onları öldürür, yerə çırpır və avtomatla döyürdülər. Ermənilər belə vəhşiliklər törətdirdi. Mən onlara əsgər deyə bilmərəm, onlar terrorçudurlar”, - deyə bildirən qadın, ona Karo adlı bir erməninin amansız işgəncələr verdiyini vurğulayıb.
Ağayeva və qardaşı azərbaycanlı komandir Allahverdi Bağırovun səyi nəticəsində səkkiz gün sonra azad edilib.
“Əsirlik günlərini heç vaxt unuda bilməyəcəyəm. Hər şey var idi - qətl, işgəncə, zorakılıq... Ancaq 44 gün davam edən müharibədə şanlı ordumuz bizi bu ləkədən qurtardı. Bizim qisasımızı aldılar. Bu il misilsiz oldu. Ürəyimizdəki yaraları sağaltdılar, bir az təsəlli verdilər”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Qeyd edək ki, Ağayeva dünyada Xocalı soyqırımının tanınması səylərinə töhfə verib. Onun “Erməni zindanında səkkiz gün” kitabı dörd dildə nəşr edilib.
Müsahib həmçinin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü dedi:
“Kitabımı ona verdim. Soruşdu: “Sənə çox işgəncə verdilər?” Mən də cavab verdim ki, düşmənin əlində idim. Sonra o, əlini çiynimə qoyub dedi: “Sən Azərbaycanın qəhrəman qızısan, bunu unutma”.









RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR