Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bütün suallara dəqiq izahlı aydınlıq gətirdi.

Prezident İlham Əliyev  yerli və xarici media nümayəndələri  üçün mətbuat  konfransında bütün suallara dəqiq izahlı aydınlıq gətirdi.

Tarix: 2-03-2021, 16:30

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2021-ci il fevralın 26-da xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə 4 saatlıq geniş mətbuat konfransı keçirdi. Dövlətimizin başçısı bu müddət ərzində 30-dan artıq jurnalistin 50-ə yaxın suallarını cavablandırdı. Bu mətbuat konfransının keçirilməsinə ictimaiyyətin böyük ehtiyacı vardı, çünki 44 gün davam edən və ordumuzun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsi bitdikdən sonra çoxlarının beynində müəyyən suallar meydana çıxmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün bu suallara dəqiq və izahlı aydınlıq gətirdi. Dövlətimizin başçısı bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verərək, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məhz 26 fevral 2021-ci il – Xocalı soyqırımını törədilməsinin 29-cu il dönümü günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildi. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəldərək bütün dünyaya mesaj verdi ki, XX əsrin ən böyük cinayətlərindən biri olan Xocalı soyqırımını törədənlərin cəzası mütləq verilməlidir. Azərbaycan Respublikasının Prezidenti suallara səbirlə, təmkinlə, yorulmadan və ən əsası faktlarla cavab verdi. Prezidentimiz həmişə olduğu kimi, mətbuat konfransında da yüksək diplomatik məharət, natiqlik nümayiş etdirdi, bütün aktual məsələlərə məntiqli, səlis, faktlar əsasında münasibət bildirdi. O, dünyanın aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi və informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi. Ölkəmizin Prezidenti İlham Əliyev hazırda Ermənistantanın düşdüyü vəziyyətin səbəblərini izah edərək dünya birliyinin diqqətinə çatdırdı ki, bütün bunlar Köçəryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə, qonşu ölkənin ərazilərini zəbt etməklə əslində, özünü iflic vəziyyətinə salıb. Bu gün Ermənistanda siyasi vəziyyət demək olar ki, dövlət çevrilişi həddinə çatıb. Onlar özləri də bilmirlər nə istəyirlər. Dövlətimizin başçısı bildirdi ki, bu gün Ermənistanda mövcud olan revanşist qüvvələr anlasınlar, Azərbaycan geri çəkilən deyil və ölkəmiz üçün təhlükə yarandığı təqdirdə, biz yenidən düşmənin başını əzməyə hazırıq.

            Dövlətimizin başçısı mətbuat konfransında qeyd edib ki, 10 noyabr Bəyanatına əsasən sülh məramlılarının bölgədə yerləşdirilməsi müvəqqəti xarakter daşıyır. Rusiya hərbçiləri Dağlıq Qarabağda beş il xidmət edəcəklər. Rəsmi Bakı vəziyyətə uyğun olaraq beş ildən sonra qərar vermək səlahiyyətinə malikdir. Prezident İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına da fikir bildirərək qeyd etdi ki, nə qədər ki, ermənilər soyqırımı məsələsini gündəmdə saxlayacaqlar, sərhədlərin açılması sual altındadır. “Prezident İlham Əliyev 10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın detalları barədə də jurnalistlərin suallarına ətraflı məlumat verdi. Prezident qeyd etdi ki, üçtərəfli bəyanatın icrası yerinə yetirilir. İşğaldan azad olunmuş torpaqlara həmyerlilərimizin qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, Xankəndinə və Xocalıya da azərbaycanlıların qayıdışı tam təmin olunacaq. Prezident bununla da həm Ermənistanın, həm də özümüzdən olan bəzi qüvvələrin guya Xankəndinə və Xocalıya azərbaycanlıların qayıda bilməyəcəkləri barədə fikirlərini darmadağın etdi.

          Dilbər guşəmiz – Qarabağımızda hazırda bərpa-quruculuq işləri gedir. Biz də Masallı sakinləri olaraq bütün xalqımız kimi inanırıq ki, 30 il müddətində işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev doğma Qarabağımızı cənnətə çevirəcək və bütün dünya bu diyarı daha da yaxından tanıyacaq.


Kamal Təhməzov,

Masallı rayon Çaxırlı kəndi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR