Son Xəbər: Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi, Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək, Bu gecə ilk Qədr gecəsidir, “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN,

Sabah hava buludlu olacaq

Sabah hava buludlu olacaq

Tarix: 8-03-2021, 13:24

Martın 9-na olan hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR