Son Xəbər: İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar,

Yol polisindən sürücü və piyadalara XƏBƏRDARLIQ

Yol polisindən sürücü və piyadalara XƏBƏRDARLIQ

Tarix: 11-03-2021, 14:04



Dövlət Yol Polisi sürücülərə qarşıdakı günlərdə hava şəraitinin kəskin dəyişmə ehtimalını nəzərə alaraq, şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini tövsiyə edir.

Bu barədə Mediabiz.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, nəqliyyat vasitələrinin ümumi vəziyyətini, xüsusilə əyləc sistemlərini ciddi yoxlamalıdırlar:

“Kəskin hava şəraiti zamanı avtomobil yollarında yol nəqliyyat hadisələrinin baş verməməsi üçün bütün hərəkət iştirakçılarına müraciət edirik. Sürücülər hava şəraitinin dəyişdiyi zaman avtomobil yollarında sürət həddini aşmasınlar. Yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının, əyləc sisteminin işlək vəziyyətdə olmasına nəzarət etsinlər.

Sürücülər şaxtalı hava şəraiti zamanı yollarda nəqliyyat vasitəsinin hərəkəti zaman ani olaraq əyləc sistemlərindən istifadə etməsinlər. Yağışlı hava şəraitində bu kimi hallar nəqliyyat vasitəsinin sürüşməsinə və qəza şəraitinin yaranmasına gətirib çıxara bilir. Yaxşı olar ki, nəqliyyat vasitəsinin təkərlərinin təzyiqi nisbətən azaldılsın, avtomobil hərəkətdə olan zaman digər nəqliyyat vasitələri ilə ara məsafəsi normadan artıq saxlanılsın. Peşəkarlığı az olan sürücülərin bu havalarda sükan arxasına keçməmələri tövsiyə olunur”.

V.Əsədov piyadaların da öz təhlükəsizliklərini təmin etmələri üçün yolun hərəkət istiqamətindən kənar olmalarını tövsiyə edib:

“Piyadalar yolların hərəkət istiqamətinə çıxmasınlar. Yolu qarşıdan-qarşıya keçən zaman təhlükəsizlik məqsədilə yerüstü və yeraltı piyada keçidlərindən istifadə etsinlər. Azyaşlı uşaqların nəzarətsiz qoymaq olmaz. Bu açıq-aşkar təhlükədir və yolverilməzdir. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq yollarda yol nəqliyyat hadisələrinin baş verməsinin qarşısını almaq məqsədilə zəruri olan bütün tədbirləri görəcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR