Son Xəbər: ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim, “İrəvandan aydın reaksiya gözləyirik”, Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var, Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq, Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV, Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam,

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu - Video

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu - Video

Tarix: 15-03-2021, 14:25




İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.

Mediabiz.az xəbər verir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (2020-ci ildə “Cleopatra” mahnısının prodüseri idi).

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib: ““Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanıb. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq”.


Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi- yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu - Video

Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var - “Yalan da mən, yanan da mən, yaman da mən”.

“Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın”, - deyə Efendi bildirib.

Mahnının klipi daha əvvəllər Zivert, Loboda, Maks Barskix və s. kimi məşhurlarla iş birliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR