Son Xəbər: Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir, Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək, TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB, Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH,

Avropa çempionatında iştirak edəcək 11 taekvondoçumuz bilindi - ADLAR

Avropa çempionatında iştirak edəcək 11 taekvondoçumuz bilindi - ADLAR

Tarix: 5-04-2021, 09:09

Taekvondo üzrə Azərbaycan milli komandasının aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, dörd gün davam edəcək yarışa 11 idmançı yollanacaq.

G4 kateqoriyalı yarışda baş məşqçilər Rza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında kişilərdən Bəhruz Quluzadə (-54 kq), Pərviz İsgəndərov (-58 kq), Xanoğlan Kərimov (-63 kq), Cavad Ağayev (-68 kq), Ayxan Tağızadə (-74 kq), Milad Beiqi Hərçəqani (-80 kq), Payam Qobadi Oğaz (-87 kq) və Radik İsayev (+87 kq), qadınlardan isə Minayə Əkbərova (-46 kq), Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) mübarizə aparacaq.

Nümayəndə heyətinə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev başçılıq edəcək. Gündüz Abdullayev isə Sofiyaya hakim qismində yollanacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR