Son Xəbər: 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb,

İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir

İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir

Tarix: 5-04-2021, 11:02


XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlanmışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara aid maddi-mədəniyyət nümunələrini məhv etmiş, onların izlərini silməyə çalışmışlar.
Keçən əsrin sonlarında Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə zəmin yaratdı. Müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar işğal edildi.
Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi memarlıq və təbiət abidələri ziyan gördü.
Erməni vandalları tərəfindən viran qoyulmuş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı dəyərli əşyalar, rəssamlıq əsərləri, xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar var idi. Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Zəbt etdikləri ərazilərdə tarixi önəmi olan abidələr yandırılmış, sıradan çıxarılmışdır.
Dağlıq Qarabağ və ətraf bölgələrdə Azərbaycanın milli mədəniyyət ocaqlarının talan edilməsi eyni zamanda dünya mədəniyyətinə qarşı törədilmiş vandallıqdır. Çünki bu nümunələr nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.
Bu gün artıq mövcud vəziyyət dəyişmişdir. Ali Baş Komandanımızın uzaqgörən siyasəti və qətiyyəti nəticəsində “Dəmir Yumruq Əməliyyatı” ilə  işğal  altında olan torpaqlarımız işğaldan  azad edilmişdir. Şücaətli ordumuz ermənilərdən illər boyu törətdikləri vəhşiliklərin qisasını almış, tarixi Azərbaycan torpaqlarını geri qaytarmış, erməni vandallığına son qoymuşdur.


Aygül Hümmətova. 
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR