Son Xəbər: Berdiməhəmmədov: 2027-ci ilin əvvəlində Aşqabadda İqlim Texnologiyaları Mərkəzi fəaliyyətə başlayacaq, Şimali İrlandiya və Şotlandiyada yüzlərlə məktəb partlayış təhdidi ilə üzləşib, Bu il AZAL-ın sərnişin axınındakı artımın 90 %-ni tranzit seqmenti təmin edib, Peskov: KTMT Ermənistanın fəaliyyətsizliyinə reaksiya verəcək, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT Komitəsində qəbul edilib, Tehran zənginləşdirilmiş uranın ölkədə saxlanılması barədə qərarını Moskvaya çatdırıb, UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb, İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib, Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb, Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb,

Ümrə ziyarətinə icazə verilib, şərtlər açıqlanıb

Ümrə ziyarətinə icazə verilib, şərtlər açıqlanıb

Tarix: 6-04-2021, 14:14


Ramazan ayından etibarən COVID-19-a qarşı peyvənd olunmuş, yaxud koronavirusa yoluxaraq sağalmış müsəlmanlara Ümrə ziyarətinə icazə veriləcək.

Bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin COVID-19-la bağlı yaydığı yeni açıqlamasında bildirilib.

Bu şərtlərə uyğun gələn zəvvarlar Məkkəyə qəbul ediləcək və ibadətlərini gerçəkləşdirə biləcəklər. Bu şərtlər Mədinədə Məhəmməd peyğəmbərin məscidinə ziyarətlərə şamil olunur.

Bildirilib ki, Səudiyyə Ərəbistanında 5 milyondan çox insan pevənd olunub. Krallıq üzrə 587 vaksinasiya mərkəzi fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının 34 milyonluq əhalisi var. Son məlumata əsasən, ölkə üzrə koronavirusdan 6 697 nəfər ölüb, 392 682 nəfər yoluxub. Koronavirusdan sağalan pasiyentlərin sayı 379 816-ya çatıb. (“Hurriyet”)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR