Son Xəbər: Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib, Həbs edilən direktorun yerinə yeni təyinat oldu, Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq, “Röya telefonu üzümə bağladı”, Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur, Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq, Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam, Sabah hava yağmursuz olacaq, Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ, Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər,

Daha bir vəkil həbs edildi - FOTO

Daha bir vəkil həbs edildi - FOTO

Tarix: Bugün, 10:37

 
Azərbaycanda daha bir vəkil həbs edilib.

Məlumatına görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.

9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.(Qafqazinfo)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR