Son Xəbər: Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”, Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”, Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik,

SOCAR İşə İcazə Vərəqələrini rəqəmsallaşdıracaq

SOCAR İşə İcazə Vərəqələrini rəqəmsallaşdıracaq

Tarix: 19-09-2020, 14:58


SOCAR İşə İcazə Vərəqələrini rəqəmsallaşdıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O vurğulayıb ki, pandemiya təhlükəsinin yaratdığı iqtisadi problemlər fonunda əməliyyat effektivliyinin daha da artırılması qarşıya ən mühüm vəzifə kimi çıxıb: 

“Bununla əlaqədar şirkətimizin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) və keyfiyyət üzrə korporativ siyasət sənədi, habelə müvafiq standartlar hazırlanıb. Əsas məqsəd bütün müəssisə və struktur vahidlərində sağlam, təhlükəsiz iş mühiti yaratmaq, əməyin mühafizəsini istehsalat zərurətinin fövqünə yüksəltməkdir. Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (IOGP) üzvü olan SOCAR istehsalat əməliyyatlarında bu nüfuzlu beynəlxalq təşkilatın sənaye üzrə qəbul etdiyi vahid standart və tövsiyələrə əməl edir. Şirkət üzrə “Bizi qoruyan qaydalar toplusu” və Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemi kimi daxili təlimatlar tərtib olunub, bu istiqamətdə geniş maarifləndirmə işləri aparılıb. 
SƏTƏMM və keyfiyyət üzrə hazırlanmış yol xəritələri neft və qaz sənayesində tanınmış beynəlxalq API Q1 və Q2 standartlarına uyğunlaşmağa və müvafiq sertifikatların alınmasına kömək edəcək. Qabaqcıl təcrübələrin tətbiqi, əməkdaşlarımızın həyat və sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyinin artırılmasına da mühüm töhfə olacaq. 
Aparılan islahatlar istər mütərəqqi beynəlxalq təcrübənin mənimsənilməsini, istərsə də vahid korporativ siyasət çərçivəsində şirkətin bütün müəssisələrində SƏTƏMM və keyfiyyət standartlarının mərkəzləşdirilmiş və vahid formatda tətbiqini təmin edəcək. Risk potensialı olan fəaliyyətlərdə İşə İcazə Vərəqələri SOCAR-ın bütün müəssisələrində artıq mərkəzləşdirilib və vahid standart halına gətirilib ki, bu da istehsalat risklərinin daha effektiv idarə olunması baxımından önəmli şərtlərdəndir. Yaxın müddətdə SOCAR-ın rəqəmsal qolu olan “Caspian Innovation Center” şirkəti ilə birlikdə İşə İcazə Vərəqələrinin rəqəmsallaşdırılması nəzərdə tutulur”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR