Son Xəbər: Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək xahiş olunur - Nazir, Külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq, Putin Paşinyanla görüşəcək, Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq, Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto, ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik, Ağdərədə sümük fraqmentləri aşkarlanıb, Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq, Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb,

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

Tarix: 26-04-2024, 16:04


Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər.

Aksiya iştirakçıları Azərbaycana həmrəylik nümayiş etdiriblər.

Aksiya iştirakçıları alman və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarları səsləndiriblər. Həmçinin aksiya çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, bu gün bundan əvvəl erməni lobbisinin nümayəndələri Kansler Aparatının qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Berlinə səfərinə etiraz olaraq aksiya keçiriblər.

Azərbaycan prezidentinin səfəri təkcə erməni lobbisinin nümayəndələrini deyil, onlarla eyni maraqlardan çıxış edən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən bir qrup azərbaycanlını da narahat edib. Belə ki, məlumatlara əsasən, Əfqan Muxtarlı da etiraz aksiyası keçirənlərin sırasına qoşulub.(Report)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR