Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Fransa parlementində hicab qadağası müzakirə olunub

Fransa parlementində hicab qadağası müzakirə olunub

Tarix: 18-01-2021, 15:18

Fransa parlamentinin aşağı palatası olan Milli Məclis hakim partiya deputatlarının 18 yaşdan aşağı qızların ictimai yerlərdə hicab taxmalarına qadağa qoyulması təşəbbüsünü dəstəkləməkdən imtina edib.

Anadolu Agentliyinin məlumatına görə, Milli Məclisin xüsusi komitəsi “İslam Separatizminə qarşı Qanun” kimi tanınan və daha sonra “Respublika dəyərlərinin möhkəmləndirilməsi” adını alan qanun layihəsini müzakirə edib.

Sənəd hakim partiyanın millət vəkilləri Oror Berje və Jan-Batise Moro tərəfindən hazırlanıb. Layihədə 18 yaşınadək qızların ictimai yerlərdə hicab geyinmələrinin qadağan olunmasını təklif edən maddələr də yer alıb.

Komitə bu müddəaları “ekstremist maddələr” adlandırıb və qanun layihəsindən çıxarıb.

Beləliklə də, bu gündən etibarən Fransa Milli Məclisi “Respublika dəyərlərinin möhkəmləndirilməsi haqqında” qanun layihəsini sözügedən müddəalar olmadan müzakirəsinə başlayacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR