Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

İlham Əliyevin də iştirak etdiyi VIII Zirvə Görüşü başladı

İlham Əliyevin də iştirak etdiyi VIII Zirvə Görüşü başladı

Tarix: 12-11-2021, 16:30


İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşü keçirilir.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov, Macarıstanın Baş naziri Viktor Orban və təşkilatın Baş katibi Bağdad Amreyev iştirak edirlər.

““Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçirilən Zirvə Görüşündə liderlər gündəmin çox vacib məsələlərini müzakirə edəcək və təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm məsələlərlə bağlı qərarlar qəbul edəcəklər. Zirvə Görüşündə Türkmənistanın müşahidəçi statusu ilə üzv olması, təşkilatın adının dəyişdirilməsi, üçüncü ölkə və qurumlarla əlaqələr, müşahidəçi üzvlük meyarlarının müəyyən edilməsi, Türk İnvestisiya Fondunun yaradılmasının tamamlanması, orta və uzun müddətli məqsəd və proqramı ehtiva edən “Türk Dünyası 2040 Vizyonu”nun təsdiq edilməsi gözlənilir.

İclasın gündəliyindəki məsələlərlə yanaşı, liderlər hazırkı regional və beynəlxalq siyasi və iqtisadi hadisələrlə də bağlı fikir mübadiləsi aparacaqlar.

Təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə keçəcəyi Sammitdə dövlət başçıları VIII Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini və bir sıra sənədləri imzalayacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR