Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Hamilə qadın xəstəxanada öldü, yaxınları həkimi döydü - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

Hamilə qadın xəstəxanada öldü, yaxınları həkimi döydü - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

Tarix: 15-11-2021, 14:02


Daxili İşlər Nazirliyi (DİN) Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımın döyülməsinə münasibət bildirib.

DİN-in Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov  bildirib ki, həkimin döyülməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə müraciət daxil olub.

“Hazırda Sabirabad Rayon Polis Şöbəsinin təhqiqat şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəsticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - o vurğulayıb.

***

12:59

Bakıda hamilə qadın ölüb.

Mediabiz.az Oxu.Az-a istinadən xəbər verir ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Ona orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR