Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Yeni nazir müavinləri kimdir? - DOSYE

Yeni nazir müavinləri kimdir? - DOSYE

Tarix: 29-11-2021, 18:59


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

İndira Hacıyeva Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışmışdır.

2000 - 2001 illərdə Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001 tarixdə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 01.09.2001-24.10.2003-ü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi,   24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 27.02.2006- 19.09.2007-ci il müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi,  01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olmuşdur.

01.01.2012-ci il tarixdən nazir müavini təyin olunanadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər nazir müavini vəzifəsinə təyinat alan Mariana Vasileva isə 1974-cü ildə dünyaya gəlib. O, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR