Son Xəbər: Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır, Azərbaycan-Türkiyə sənədləri imzalandı - Fotolar, Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO, İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa..., Paşinyan Rusiyadadır - Yenilənib, Hakimi təhqir etdi, 5 oyunluq cəza aldı, Mövlam Şixəliyev haqda son qərar verildi, Azərbaycan-Bolqarıstan sənədləri imzalandı, “Qarabağ” və “Neftçi” cərimələndi, Prezidentlərin təkbətək görüşü başladı,

Orduda hərbi cinayətlərin sayı azalıb - RƏSMİ

Orduda hərbi cinayətlərin sayı azalıb - RƏSMİ

Tarix: 2-12-2021, 20:08

Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə işgüzar fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Bunu "Unikal"-a açıqlamasında Respublika Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 34,3 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 23,5 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 49,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 28,6 faiz azalıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR