Son Xəbər: “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi, Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?, Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib, İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub, Lamiyə Vəliyeva dünya çempionu oldu, Sabah hava belə olacaq, Özünü asan qız son anda xilas edildi, Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR, BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb, BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr,

Azərbaycan-Türkiyə sənədləri imzalandı - Fotolar

Azərbaycan-Türkiyə sənədləri imzalandı - Fotolar

Tarix: 8-05-2024, 18:31

Mayın 8-də Ankara şəhərində Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Nazirlər Kabinetindən  verilən xəbərə görə, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.

Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib. Sonda Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planlını imzalayıblar.

Daha sonra Azərbaycan Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR