Son Xəbər: Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL, Əli Əsədov: Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir, Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır, Azərbaycan-Türkiyə sənədləri imzalandı - Fotolar, Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO, İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa..., Paşinyan Rusiyadadır - Yenilənib, Hakimi təhqir etdi, 5 oyunluq cəza aldı, Mövlam Şixəliyev haqda son qərar verildi, Azərbaycan-Bolqarıstan sənədləri imzalandı,

Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutub

Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutub

Tarix: 4-10-2021, 22:35


Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 2-ci yeri tutub.

Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb - 2,5:0,5. İlk partiyada heç-heçə qeydə alınsa da, sonrakı iki qarşılaşmada 34 yaşlı qrossmeyster qələbəyə nail olub. Bu səbəbdən, dördüncü duelə ehtiyac duyulmayıb.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu - 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana eyni hesabla uduzub. Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Çempionlar Turunun qalibi Maqnus Karlsen olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR